A review by lalarustamli
İçimizdeki Şeytan by Sabahattin Ali

4.0

Kənardan daha elit, üstün, intellektual görünən, siyasət və gündəm mövzularından hərarətlə jarqonlu, az qala anlaşılmaz dərəcədə mürəkkəb fikirlər yürüdən insanlara qeyd şübhəsiz hörmət edirik. Ömərin dediyi kimi, anlamadım nə deyir, amma xoşuma gəldi. Lakin, diqqətlə fikir verəndə o mürəkkəb fikirlərin təzadlı zir-zibil yığınından fərqli olmadığı, çünki həmin "üst-insan"-ın özünün deyil, müxtəlif mənbələrdən oğurlayıb özü də anlamadan sintez etdiyi fikirləri sırf absurd, enteresan görünsün deyə qusduğunun fərqində olarıq. Musiqidən, ədəbiyyatdan, incəsənətdən danışanda sırf "mühim insanlar görəsən nə bəyənir" deyə düşünmədən cümlə qura bilməzlər. Çünki şəxsiyyətdən yoxsuldurlar. Beləsi "içindəki şeytana" da daha tez tabe olmağa məhkumdur. Çünki nəyi niyə etdiyini analiz etməyə qadir olmayan insan, sonu yalnış nəticələnən hər bir hərəkətinə görə məsuliyyət daşımaqdan qaçar, bunu "şeytan" adlandirar, özünü təmizə çıxarar. Müəllif isə deyir ki, belə şeylərə görə ümidsizlikə qapılmaq, insanlardan birdəfəlik üz döndərmək özü də, şəxsiyyətsizlikə yol aça bilər. Burasından əmin deyiləm, insanlardan hər cür hərəkət gözlədiyim halda, özümün də o yolda addimladiğini düşünmürəm. Bəlkə də. Yaşayarıq, görərik.